...

Britaniya parlamentinin üzvləri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib

Siyasət Materials 27 Oktyabr 2022 16:56 (UTC +04:00)
Britaniya parlamentinin üzvləri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın xarici işlər nazirinin müavini lord Tariq Əhməd və Lordlar Palatasının bir sıra üzvləri Azərbaycanın mövqeyinə dəstək ifadə edib.

Trend bu barədə cümə axşamı Böyük Britaniya parlamentinə istinadən məlumat verir.

Belə ki, Lordlar Palatasının üzvü, Britaniya-Ermənistan parlamentlərarası fostluq qrupunun həmsədri baronessa Kerolayn Koksun Azərbaycan əleyhinə bəyanatlarına cavab olaraq digər üzvlər ya neytral, ya da Azərbaycanı dəstəkləyən açıqlamalar verib.

Lord Qurban Hüseyn qeyd edib ki, bir müddət əvvəl Ermənistanla Azərbaycan arasında baş vermiş toqquşmalar iki ölkə arasında normallaşma prosesinin və sülhün qurulmasının sürətləndirilməsinin vacibliyini ortaya çıxarır

Öz növbəsində lord Devid Evans diqqəti Azərbaycan ərazilərinin minalanması probleminə yönəldib və minaların təmizlənməsi prosesində Azərbaycana göstərdiyi maliyyə yardımına görə Britaniya hökumətinə təşəkkür edib.

O xatırladıb ki, Azərbaycanda minaların partlaması nəticəsində 260 mülki şəxs zərər çəkib, bundan başqa, 3 890 azərbaycanlı itkin düşmüş hesab olunur ki, Ermənistan onlar barəsində hər hansı informasiya verməkdən imtina edir.

Baronessa Pola Uddin oktyabrın əvvəlində Praqada baş tutmuş Azərbaycan və Ermənistan liderlərinin görüşünə dəstəyini ifadə edib. O vurğulayıb ki, Ermənistan tərəfinin fəaliyyətsizliyi ilə əlaqədar 3 890 azərbaycanlının taleyi hələ də naməlumdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti