...

İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbə şanlı tariximizdir - Vüsal Quliyev

Siyasət Materials 4 Noyabr 2022 15:13 (UTC +04:00)
İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbə şanlı tariximizdir - Vüsal Quliyev

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbənin tarixi əhəmiyyəti var. Bu qələbə bizim şanlı tariximizdir.

Trend-in məlumatına görə, bunu bu gün Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Zəfər Forumu”nun bağlanış mərasimində deyib.

Sektor müdiri bildirib ki, Azərbaycan Ordusunun əsgər və zabitləri addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçərək torpaqlarımızı qanı və canı bahasına azad edib: “Bu qələbə Prezident İlham Əliyevin rəhbərliyi və sarsılmaz iradəsi, ordumuzun şücaəti, xalq-iqtidar birliyi nəticəsində təmin olunub”.

Administrasiya rəsmisi, həmçinin, Azərbaycanda Anım Gününün, Zəfər Gününün təsis edilməsi haqqında dövlət başçısının sərəncamlarının əhəmiyyəti barədə danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti