...

Türk Dövlətləri Təşkilatının Naxçıvan Sazişində dəyişiklik ediləcək

Siyasət Materials 10 Noyabr 2022 10:14 (UTC +04:00)
Türk Dövlətləri Təşkilatının Naxçıvan Sazişində dəyişiklik ediləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan, Qazaxıstan və Özbəkistanla üçtərəfli görüşlərə xüsusi əhəmiyyət veririk və bunları davam etdirəcəyik.

Trend-in məlumatına görə, bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistanda Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirlərinin iclasında çıxışı zamanı deyib.

Nazir Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşündə bir sıra sənədlərin imzalanacağını diqqətə çatdırıb.

"Təşkilatın Naxçıvan Sazişində dəyişiklik protokolunun rəhbərlərimiz tərəfindən qəbul edilməsi ilə hüquqi bazanı tamamlamış olacağıq. Hansı dövlətlərin Türk Dövlətləri Təşkilatında müşahidəçi ola biləcəyinə dair maddə üzərində də iş aparılıb", - deyə Mövlud Çavuşoğlu əlavə edib.

Qeyd edək ki, «Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında» Naxçıvan Sazişi 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısı zamanı imzalanıb.

Saziş təşkilatın strukturunu, məqsəd və vəzifələrini müəyyənləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti