...

Türk dövlətləri liderlərinin Bakıda keçirilmiş sammiti türk əməkdaşlığında dönüş nöqtəsi olub - Bağdad Amreyev

Siyasət Materials 10 Noyabr 2022 16:42 (UTC +04:00)
Türk dövlətləri liderlərinin Bakıda keçirilmiş sammiti türk əməkdaşlığında dönüş nöqtəsi olub - Bağdad Amreyev
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Türk dövlətləri rəhbərlərinin Bakıda keçirilmiş sammiti türk əməkdaşlığında dönüş nöqtəsi olub.

Trend cümə axşamı Özbəkistan Milli İnformasiya Agentliyinə (UzA) istinadən xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Bağdad Amreyev UzA-da dərc olunan məqaləsində bildirib.

"TDT ölkələri öz xarici siyasətlərini uyğunlaşırıblar və beynəlxalq məsələlərdə getdikcə daha çox birlikdə hərəkət edirlər. Məsələn, TDT Vətən müharibəsində Azərbaycan xalqı ilə güclü həmrəylik nümayiş etdirdi və Azərbaycanın Qarabağdakı ərazilərini azad etməsini, bu ərazilər üzərində suverenliyini bərpa etməsini dəstəklədi", - o bildirib.

Amreyev qeyd edib ki, 2019-cu ildə Bakıda keçirilmiş dövlət başçılarının zirvə görüşündə üzv dövlətlər gələcəkdə birgə fəaliyyət göstərməyə hazır olduqlarını bildirərək, münasibətlərini əməkdaşlıq səviyyəsindən tədricən inteqrasiyaya keçmək qərarına gəliblər. Məhz buna görə də Bakı sammiti türk dünyasının birləşməsi yolunda ilk həlledici addım kimi yadda qaldı.

B.Amreyev qeyd edib ki, səhiyyə sahəsində əməkdaşlıq TDT gündəliyinin ayrılmaz hissəsinə çevrilib: 2020-ci ildə COVID-19 infeksiyası pandemiya ilə mübarizə üçün səhiyyə sahəsində əməkdaşlıq və koordinasiyanın qurulmasını zərurətə çevirdi.

"TDT ölkələri bu məsələdə də həmrəylik nümayiş etdirdilər. Həmin vaxt qurumun sədri olan Azərbaycan 2020-ci il aprelin 10-da “COVID-19 pandemiyasına qarşı mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda növbədənkənar zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Daha sonra qısa müddət ərzində nazirlərin bir neçə müvafiq görüşü təşkil olunub", - B.Amreyev yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti