Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üzrə səyləri davam etdirməyə çağırır.
Trend-in məlumatına görə, bu barədə Aİ-nin ikinci Qarabağ müharibəsinin başa çatmasının ikinci ildönümü münasibətilə bu gün verdiyi bəyanatda deyilir.
"Aİ Azərbaycan və Ermənistan rəhbərliyinin ziddiyyətlərin aradan qaldırılması və regionda dayanıqlı sülhə nail olunması üçün atdığı çoxsaylı addımları alqışlayır. Aİ onların müxtəlif səviyyələrdə və müxtəlif formatlarda davam edən danışıqlarda daimi iştirakını yüksək qiymətləndirir. Bu danışıqlar çətin olsa da, irəliyə addımlar barədə razılığa gəlmək, region əhalisinin rifahı naminə təhlükəsiz, etibarlı mühiti təmin etmək çox vacibdir", - bəyanatda deyilir.
Qeyd olunur ki, Aİ bir daha tərəfləri istənilən gərginlikdən qaçmağa, o cümlədən bir-birinə təhdid və ya ittihamlardan çəkinməyə çağırıb.
"Aİ bundan sonra da tərəflərin arzularına çevik reaksiya verəcək və bütün qalan məsələlərin hərtərəfli və ədalətli tənzimlənməsi üzrə işində, o cümlədən Aİ Şurasının sədri Şarl Mişel, Aİ-nin ali nümayəndəsi Jozep Borrel və xüsusi nümayəndə Toivo Klaarın səyləri sayəsində dəstəkləməyə davam edəcək", - açıqlamada vurğulanır.