...

Azərbaycanın irəli sürdüyü qətnamə BMT Baş Assambleyasında təsdiq üçün tövsiyə olunub

Siyasət Materials 12 Noyabr 2022 10:47 (UTC +04:00)
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın irəli sürdüyü "İtkin düşmüş şəxslər haqqında" qətnamə BMT-nin dekabr ayındakı 77-ci Baş Assamleya sessiyasında təsdiq üçün tövsiyə olunub.

Trend bu barədə bu gün BMT-yə istinadən məlumat verir.

Qətnamə barədə məlumat verən Azərbaycan nümayəndəsi bildirib ki, qətnamənin layihəsində beynəlxalq hüquq normalarına ciddi şəkildə əməlolunması, münaqişə nəticəsində itkin düşmüş şəxslərin ailələrinə onların taleyi barədə məlumatın verilməsinin vacibliyi vurğulanır.

Qeyd olunur ki, bu qətnamə Baş Assambleyada baxılması üçün tövsiyə edilən yeddi sənəddən biri olub. BMT-nin 63 üzv dövləti qətnamənin həmmüəllifidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti