Bakı. Trend:
Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov İsveçrə və Lixtenşteyndə Xarici Mətbuat Assosiasiyasının təşkil etdiyi naharda iştirak edib.
Trend-in məlumatına görə, bu barədə səfir bu gün öz "Twitter" səhifəsində bildirib.
"İsveçrə prezidenti İnyatsio Kassisin şərəfinə təşkil olunmuş naharda iştirak edən azsaylı səfirlər arasında olmaqdan məmnun oldum", - səfir bildirib.
O qeyd edib ki, nahar çərçivəsində bir sıra görüşlər, o cümlədən BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya ilə görüş keçirilib.