...

ABŞ dövlət katibi Ermənistanı Azərbaycanla danışıqları davam etdirməyə çağırıb

Siyasət Materials 16 Noyabr 2022 11:51 (UTC +04:00)
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın baş nazirini Azərbaycanla danışıqları davam etdirməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə E.Blinken bu gün öz "Twitter" səhifəsində yazıb.

"Mən baş nazir Paşinyanı xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirilmiş danışıqlarından sonra Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını davam etdirməyə çağırdım. ABŞ əvvəlki kimi bu səylərə sadiqdir", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti