...

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Siyasət Materials 22 Noyabr 2022 21:37 (UTC +04:00)
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Trend xəbər verir ki, telefon danışığı zamanı Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında 2022-ci il oktyabrın 31-də Soçidə əldə olunmuş razılaşmaların, eləcə də üç ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələləri nəzərdən keçirilib. Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin olunması və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpa edilməsi üzrə üçtərəfli formatda işin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Energetika sahəsində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti