...

Prezident İlham Əliyevin Serbiyaya səfəri iki ölkə arasında əməkdaşlığı gücləndirəcək - Səttar Möhbalıyev

Siyasət Materials 24 Noyabr 2022 17:02 (UTC +04:00)
Prezident İlham Əliyevin Serbiyaya səfəri iki ölkə arasında əməkdaşlığı gücləndirəcək - Səttar Möhbalıyev

Trend-i buradan izləyin

Bakı. Trend:

“Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın demokrtaik inkişaf yolu bu gün ölkəmizdə özünün ən yüksək mərhələsini yaşayır. Ölkə həyatının bütün sahələrini əhatə edən dayanıqlı və ardıcıl inkişaf xətdi Azərbaycanı regionda lider, dünyada isə son dərəcə əhəmiyyətli dövlətə çevirib. Dövlətimizin başçısı cənab İlham Əliyevin xarizması, nümunəvi davranışları, özünəməxsus idarəçilik qabiliyyəti, siyasət elmini dərindən bilməsi, həmçinin Azərbaycanın xarici ölkələrlə münasibətlərinin qurulmasında və inkişafında sərgilədiyi yanaşma, atdığı hər bir imzasına verdiyi dəyər ölkəmizin beynəlxalq nüfüzünü günü-gündən yüksəldib, etibarlı tərəfdaş imicini qazandırıb. Həm regional və beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı dövlətlər Azərbaycan haqqında danışarkən ilk növbədə ölkəmizi sadiq tərəfdaş olaraq təqdir edir, əməkdaşlıqdan məmnunluq ifadə edirlər. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və keyfiyyətli xarici siyasət dövlətimizə, xalqımıza beynəlxalq səviyyədə müsbət imic qazandırıb. Bu, bilavasitə cənab İlham Əliyevin daim müdrik xalqının mənafeyindən, dövlət maraqlarından çıxış etməsi ilə sıx bağlıdır.

Bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, hazırda Avropa ölkələri ilə Azərbaycanın əlaqələri bütün sahələri əhatə etməklə genişlənir: “Burada enerji siyasətinin üstünlüyünü xüsusilə qeyd etmək istərdim. Ulu Öndər Heydər Əliyev tərəfindən hazırlanan Azərbaycanın enerji strategiyası onun layiqli davamçısı cənab İlham Əliyevin bu sahədə gördüyü işlər, reallaşdırdığı layihələr sayəsində Avropanın üzləşdiyi böhran fonunda xilaskar rolunu oynayır. Bu da etibarlı tərəfdaş olan ölkəmizin dostlarının sayını artırmaqdadır. Mən Prezident İlham Əliyevin noyabrın 23-də Serbiya Respublikasına rəsmi səfərini qeyd etmək istərdim. Dövlətimizin başçısının burada yüksək səviyyədə qarşılanması, ona göstərilən ali münasibət cənab İlham Əliyevin şəxsi nüfuzunun və onun dünya siyasətinə verdiyi mühüm töhfələrin göstəricisidir. Bu ölkə ilə Azərbaycanın münasibətlərinin səviyyəsi hər zaman yüksək olub, siyasi dialoq, qarşılıqlı səfərlər bu münasibətlərin daha da dərinləşməsinə xidmət edib. Həmçin münasibətlərimizdə hüquqi baza rolunu oynayan müxtəlif sənədlər mövcuddur. Hər iki dövlət biri-birinin suverenliyinə və ərazi bütövlüyünə dəstək verirlər”.

S.Möhbalıyev əmin olduğunu bildirib ki, dövlətimizin başçısının Serbiyaya səfəri, imzalanan sənədlər, aparılan danışıqlar əlaqələrimizin möhkəmlənməsinə və genişlənməsinə, qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın güclənməsinə əhəmiyyətli töhfələr verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti