...

Bəzi adamların cibində bir neçə partiyanın vəsiqəsi var - Elşən Musayev

Siyasət Materials 29 Noyabr 2022 15:31 (UTC +04:00)
Bəzi adamların cibində bir neçə partiyanın vəsiqəsi var - Elşən Musayev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Partiyaların nə qədər üzvünün olduğunu yeni qanundan sonra görəcəyik. Bunu ona görə deyirəm ki, bəzi adamların cibində bir neçə partiyanın vəsiqəsi var.

Trend-in məlumaına görə, bunu Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bu gün Milli Məclisin plenar iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, elə adam var ki, eyni anda 5 partiyanın üzvüdür.

“Onlar bütün partiyaların tədbirində iştirak edirlər. Mən elə siyasi partiya rəhbəri tanıyıram ki, partiyanın möhürünü hara qoyubsa, xəbəri yoxdur. Elə siyasi partiya var ki, onun adındakı hərflərin sayı üzvlərin sayından çoxdur. Elə siyasi partiya rəhbəri də var ki, heç onun həyat yoldaşı bilmir ki, o, hansı partiyanın sədridir. Bu qanun həmin şəxsləri ortaya çıxaracaq”, - deyə deputat vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti