...

Şimal-Cənub marşrutunun potensialı daha böyükdür - Ceyhun Bayramov

Siyasət Materials 5 Dekabr 2022 16:05 (UTC +04:00)
Şimal-Cənub marşrutunun potensialı daha böyükdür - Ceyhun Bayramov

Bakı. Trend:

Şimal-Cənub marşrutunun potensialı daha böyükdür.

Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirdiyi mətbuat konfransında deyib.

"Bu ilin 10 ayının yekunlarına görə, ticarət dövriyyəsi 3 milyard dolları ötüb və bu, təqribən 20 faiz artım deməkdir. İnanırıq ki, bu müsbət tendensiya bu ilin sonuna kimi qorunub saxlanılacaq. Biz bu gün ayrı-ayrılıqda müzakirə etdik və fəaliyyətdə olan Şimal-Cənub layihəsinin təşviqinin zəruriliyinə xüsusi diqqət yetirildi. Lakin biz bu layihənin potensialının daha böyük olduğuna inanırıq”, - deyə Ceyhun Bayramov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti