...

İran Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır - Rufiz Hafizoğlu (VİDEO)

Siyasət Materials 20 Dekabr 2022 16:33 (UTC +04:00)
İran Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır - Rufiz Hafizoğlu (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İran Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır.

Trend xəbər verir ki, bu sözləri "ARB24" telekanalının "Nə baş verir?" verilişində çıxışı zamanı Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktor müavini Rufiz Hafizoğlu deyib.

Onun sözlərinə görə, ötən əsrin doxsanıncı illərinin axırlarından etibarən İran bölgədə aktiv siyasət yürütməyə başladı.

"Təəssüflər olsun ki, İranın bu siyasəti məzhəb siyasəti idi. Biz Vətən müharibəsinə başladığımız gündən İran əvvəlki illərdən fərqli olaraq bunu gizli yox, açıq şəkildə izhar elədi. İran bundan sonra da ermənipərəst mövqeyini davam etdirəcək", - deyə o əlavə edib.

R.Hafizoğlu bildirib ki, İranın əsas hədəflərindən biri də hər zaman müsəlman Azərbaycanının paytaxtı Bakı şəhərini ikinci Beyrut kimi görmək istəməsidir.

"İran İkinci Qarabağ savaşına qədər bunu gizli etməyə çalışsa da, Azərbaycanın müharibədə qazandığı qələbəni həzm edə bilmədi və xislətini müxtəlif üsullarla bəlli etdirdi. İranın Azərbaycanın daxilində atmaq istədiyi addılmarın qarşısı Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən alındı.

İran rəsmilərinin açıqlamaları, son olaraq da xarici işlər nazirlərinin açıqlaması birbaşa olaraq Qarabağda və dolayısıyla dünyada yaşayan ermənilərə dəstək mesajıdır. İran tək Azərbaycan dövlətinin daxili işlərinə deyil, digər müsəlman ölkələrinin də işlərinə müdaxilə edir. Bugünkü İran rejimini İslamın müdafiəçisi adlandırmaq doğru deyil. Onların separatçılara dəstəyini türk düşmənçiliyi adlandırmaq olar", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti