...

Ceyhun Bayramov Laçın yolundakı aksiyanın başlama səbəblərindən danışdı

Siyasət Materials 20 Yanvar 2023 12:24 (UTC +04:00)
Ceyhun Bayramov Laçın yolundakı aksiyanın başlama səbəblərindən danışdı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri danışıqlar yolu ilə məsələnin həll ediləcəyinə ümidini itirərək etiraz aksiyasına başladı.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Laçın-Xankəndi yolunda etiraz aksiyası haqda danışarkən deyib.

Nazir bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti fəallarının və Azərbaycan dövlətinin haqlı narazılığının nədən ibarət olmasını da hər kəsin diqqətinə çatdırırıq.

“Bu insanların tələbləri Azərbaycanın təbii sərvətlərinin talanmasının, ekoloji fəlakətin qarşısının alınmasıdır.

Bu mövzu 12 dekabr tarixində yaranmayıb. Ermənilərin Qarabağda törətdikləri cinayətlər üzərində son iki il ərzində ciddi işlər gedib və Ermənistan tərəfi ilə müzakirələr aparılıb.

Qarabağdakı faydalı qazıntı yataqları, o cümlədən qızıl və mis-molibden yataqları ilə bağlı Azərbaycan dövləti 2021-ci ilin noyabr ayından yazışmalara başlayıb. Nəhayət 2022-ci ilin 3-10 dekabr arasında razılıq əldə olunub və dekabrın 10-da Azərbaycan nümayəndə heyəti gedib həmin yataqlarda monitorinq keçirdəcəkdi. Lakin monitorinqin qarşısı hansısa təşkil olunmuş təxribatçı qrup tərəfindən alındıqdan sonra vətəndaş cəmiyyəti nümayəndələri danışıqlar yolu ilə məsələnin həll ediləcəyinə ümidini itirərək etiraz aksiyasına başladı”, - deyə nazir bildirib.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 40 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti