...

Ümid edirik ki, Britaniya şirkətləri azad olunan ərazilərin bərpasında da yaxından iştirak edəcək - Səfir (FOTO)

Siyasət Materials 22 Fevral 2023 14:46 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ümid edirik ki, Britaniya şirkətləri Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpasında da yaxından iştirak edəcək.

Trend-in məlumatına görə, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tvitter hesabında qeyd edib.

"Böyük Britaniya brendlərinin Azərbaycanda artan rolunu görməyə çox şadam. Bu gün Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti ilə Azərbaycana yeni daxil olmuş Britaniya şirkəti JCBmachines-in nümayəndələri ilə görüşdük.

Ümid edirik ki, Britaniya şirkətləri Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpasında da yaxından iştirak edəcək", - deyə qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti