Bakı. Trend:
Azərbaycan ilə Rusiya Federasiyası arasında əlaqələr strateji səviyyəyə çatıb.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası zamanı deyib.
Bayramov Azərbaycanın milli maraqlara əsaslanan suveren xarici siyasət strategiyası həyata keçirdiyini, belə sabit, proqnozlaşdırılabilən və ən əsası, suveren siyasətin Azərbaycanı beynəlxalq ictimaiyyət, o cümlədən, Rusiya üçün dəyərli tərəfdaşa çevirdiyini qeyd edib.
“Rusiya ilə münasibətlərimiz strateji xarakter daşıyır, burada əsas hər iki dövlətin liderlərinin qarşılıqlı anlaşmasıdır", - o deyib.
Nazir Rusiya və Azərbaycanın Ekspert Şurasının səmərəli əməkdaşlıq platformasına çevrildiyini də vurğulayıb.