...

Bakı artıq dünyanın ən aktual problemlərinin müzakirə olunduğu Davosa çevrilib - Yuşenko

Siyasət Materials 9 Mart 2023 10:00 (UTC +04:00)
Bakı artıq dünyanın ən aktual problemlərinin müzakirə olunduğu Davosa çevrilib - Yuşenko
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı artıq dünyanın ən aktual problemlərinin müzakirə olunduğu siyasi Davosa çevrilib.

Trend-in məlumatına görə, bu barədə bu gün Ukraynanın sabiq prezidenti Viktor Yuşenko X Qlobal Bakı Forumunun açılışı öncəsi jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, şərlə mübarizə üsullarının müzakirəsi məsələsinin intensivləşdirilməsi çox vacibdir.

“Bu gün təhlükəsizlik məsələsi hər bir ölkə üçün önəmlidir. Bütün ölkələr səylərini və təhlükəsizliklə bağlı siyasətlərini birləşdirir”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da X Qlobal Bakı Forumu işə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti