...

Azərbaycan Filippinlə ikitərəfli münasibətləri gücləndirməyə çalışır - Nazir müavini

Siyasət Materials 5 Aprel 2023 13:52 (UTC +04:00)
Azərbaycan Filippinlə ikitərəfli münasibətləri gücləndirməyə çalışır - Nazir müavini
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Filippinlə mədəniyyət, turizm, ticarət və energetika kimi müxtəlif sahələrdə ikitərəfli münasibətləri gücləndirməyə çalışır.

Trend çərşənbə günü xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov "Manila Times" qəzetinə müsahibəsində deyib.

"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Mədəniyyt və İncəsənət üzrə Milli Komissiya arasında ilk hökumətlərarası sənədin imzalanması səfərimizin əsas məqsədidir. Əlbəttə, bu bizim üçün pandemiyadan sonra münasibətlərimizə təkan vermək üçün bir şansdır", - o deyib.

E.Məmmədov COVID-19 pandemiyasının Azərbaycanın bir çox ölkə ilə, xüsusən coğrafi cəhətdən regionumuzdan yetərincə uzaq olan dövlətlərlə ikitərəfli münasibətlərinin inkişafına mənfi təsir göstərdiyini qeyd edib.

"Bu nöqteyi-nəzərdən düşünürük ki, üzbəüz görüşmək, istər ikitərəfli, istərsə də çoxtərəfli gündəliyimizin müzakirəsi, regionumuzda və Filippinin yerləşdiyi Cənub-Şərqi Asiya regionunda baş verən hadisələr haqqında fikir mübadiləsi aparmaq üçün bu çox yaxşı şansdır. Siyasi məsləhətləşmələrin növbəti raundunda çox güman ki, əsas məsələlər üzrə daha ətraflı müzakirələr aparılacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, 3-5 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Filippin Respublikasına səfər edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində 3 aprel tarixində nazir müavini Elnur Məmmədovun Filippin Respublikasının xarici işlər katibi (naziri) Enrike Manalo ilə görüşü baş tutub. Görüşdə ikitərəfli əlaqələrin hazırkı durumu və inkişafı perspektivlərindən söhbət açılıb, bu istiqamətdə əməli nəticələrin əldə edilməsi üçün birgə səylərin vacibliyi vurğulanıb.

4 aprel tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Filippin Respublikasının Xarici İşlər Nazirliyi arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Filippin tərəfindən isə xarici işlər nazirinin müavini xanım Tereza Lazaro rəhbərlik edib.

Məsləhətləşmələrin sonunda iki ölkə arasında ilk dövlətlərarası sənəd “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Filippinin Respublikasının Mədəniyyət və İncəsənət üzrə Milli Komissiyası arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti