...

Türkiyə Azərbaycanı işğal olunmuş ərazilərin azad edilməsində dəstəkləyib - Çavuşoğlu

Siyasət Materials 20 Aprel 2023 01:33 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Azərbaycanı işğal olunmuş ərazilərin azad edilməsində dəstəkləyib.

Trend xəbər verir ki, bunu çərşənbə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya şəhərində çıxışı zamanı deyib.

"Təbii ki, biz işğal olunmuş ərazilərin azad edilməsində Azərbaycanı dəstəkləmişik. Zəlzələ zamanı köməyə birinci gələn, buradan isə sonuncu gedən də məhz Azərbaycan oldu", - deyə nazir bildirib.

Onun sözlərinə görə, müxalifət isə bununla bağlı öz növbəsində "təəssüf ki, biz Azərbaycanı dəstəklədik" dedi.

XİN rəhbəri vurğulayıb ki, Türkiyə xalqı təəssüflə Azərbaycanın dəstəkləndiyini bəyan edənlərin hakimiyyətə gəlməsinə imkan verməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti