Bakı. Trend:
Həm ABŞ, həm də Aİ nümayəndələrinin, xüsusən Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində dürüst vasitəçi roluna "iddiaları" var idi və düşünürəm ki, bu iddialar puç oldu.
Trend cümə axşamı xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.
M.Zaxarova qeyd edib ki, onların iddialarını heç bir konstruktiv və ya dürüst vasitəçi fəaliyyətinə aid etmək olmaz.
"Vaşinqton və Parisin əsl niyyətləri konyektur, siyasiləşmiş xarakter daşıyır və Rusiyanın mövqeyini zəiflətməyə yönəlib", - deyə Rusiya XİN rəsmisi əlavə edib.