...

Ceyhun Bayramovla Çavuşoğlu arasında telefon danışığı olub

Siyasət Materials 15 May 2023 16:21 (UTC +04:00)
Ceyhun Bayramovla Çavuşoğlu arasında telefon danışığı olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

15 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nazir Ceyhun Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində cənab Ərdoğanın və hakim partiyanın səs çoxluğu ilə irəlidə olması münasibətilə nazir Çavuşoğluna təbriklərini çatdırıb. Bu seçkilər nəticəsində qardaş Türkiyənin daha da güclənəcəyinə əminlik ifadə olunub.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı həmçinin bölgədə cari vəziyyət və sülh danışıqları üzrə son yeniliklər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti