...

Moskva görüşü sülh müqaviləsini tezləşdirəcək? - Rusiyadan gözləntilər...

Siyasət Materials 19 May 2023 10:56 (UTC +04:00)
Moskva görüşü sülh müqaviləsini tezləşdirəcək? - Rusiyadan gözləntilər...
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan "sülh sazişi"ni müzakirə edəcəklər. Məlumdur ki, sülh danışıqlarının detalları diplomatlar arasında müzakirə olunur. Digər tərəfdən regionda sülh uğrunda mübarizənin intensivliyi müşahidə edirik. Bu baxımdan düşünrəm ki, Moskva görüşü ümumi sülh danışıqlarına töhfə verəcək.

Bunu Trend-ə politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, “Münhen təhlükəsizlik konfransından sonra ABŞ-ın vasitəçiliyi ilə Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirildi, ardınca Brüsseldə yüksək səviyyəli görüş oldu və artıq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini rəqəmlər ifadəsində qəbul edib. 86,6 min kvadratkilometrlik Azərbaycan ərazisinin Ermənistan tərəfindən təsdiqlənməsi o anlama gəlir ki, Ermənistan Azərbaycana qarşı heç bir ərazi iddiası sürə bilməz. digər tərəfdən delimitasiya prosesi çərçivəsində anklavlar və onların gələcəyi ilə bağklı suallara da aydınlq gəlir”, - deyə poliqoloq vurğulayıb.

Onu sözlərinə görə, digər tərəfdən Qarabağ iqtisadi zonasında olan etnik ermənislərin bütün təhlükəsizliyi, hüquqları Azərbaycan konstitusiyasına və qanunvericiliyinə uyğun tənzimlənəcək və bu reinteqrasiya prosesi qaçılmazdır.

“Məhz buna görə Rusiya tərəflər arasında mövqelərini qorumaq üçün bu görüşün keçirilməsinə təşəbbüs göstərib və artıq ərazi bütövlüyü və suverenliyi qarşılıqlı olaraq tanıyan dövlətlər beynəlxalq hüquqa söykənərək Cənubi Qafqazda sülhü, təhlükəsizliyi, sabitliyi və etimad quruculuğunu formalaşdıra bilərlər. eyni zamanda nəqliyyat və kommunikasiya xəttləri üzərində suverenlik hüququ ilə bağlı məsələlərin də razılaşdırılması, dəmirt yol xətti ilə bağlı böyük irəliləyişlərin əldə olunması Qərb müstəvisində keçirilən danışıqların nəticəsidir.

Məhz buna görə Rusiya aktivləşmək və sülh danışıqları istiqamətində öz gündəliyini daha da inkişaf etdirmək niyyətindədir. Düşünürəm ki, Rusiya formatında keçirilən danışıqlar ümumi sülh prosesinə töhfə verə bilər. eyni zamanda burada qalıcı maraqlarını güdən Rusiya tərəfi həm də mövqelərini bərpa etmək niyyəti güdür. Lakin görürük ki, Azərbaycan və Ermənistan ciddi sürətdə sülh prosesinə doğru gedirlər. Qarşıda həm də iyun ayının 1-də Avropa Siyasi Birliyinin zirvə görüşündə liderlər arasında görüş planlaşdırılır və düşünürəm ki, bu görüçdə artıq keçirilmiş bütün danşıqların nəticəısi kimi ictimaiyyətə də yeni məlumatlar bəyan olunacaq”, - deyə politoloq əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti