Bakı. Trend:
“Millət İttifaqı”nın prezident seçkilərində namizədi, CHP sədri Kamal Kılıçdaroğlunun Azərbaycana üzr borcu var.
Trend-in məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, səbəb, K.Kılıçdaroğlunun ortaya çıxardığı layihələrdə Azərbaycanı xaric etməsidir.
"Turzimçimizi, təsərrüftaçımızı, insanımızı narahat edən açıqlamalar yayıb", - deyə M.Çavuşoğlu əlavə edib.