...

Ceyhun Bayramov Mövlud Çavuşoğluna Azərbaycan-Türkiyə münasibətlərinə verdiyi töhfəyə görə təşəkkür edib

Siyasət Materials 4 İyun 2023 00:17 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bağlı paylaşım edib.

Trend xəbər verir ki, C.Bayramov tviterdə qeyd edib:

“Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində böyük nailiyyətlərə imza atmış, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı naminə misilsiz xidmətləri olan qardaşım Mövlud Çavuşoğluna dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıram!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti