...

Mövlud Çavuşoğlunun Türkiyə Böyük Millət Məclisi spikerliyinə namizədliyi irəli sürülə bilər

Siyasət Materials 4 İyun 2023 14:43 (UTC +04:00)
Mövlud Çavuşoğlunun Türkiyə Böyük Millət Məclisi spikerliyinə namizədliyi irəli sürülə bilər

Bakı. Trend:

Türkiyənin sabiq Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Türkiyə Böyük Millət Məclisi (TBMM) spikerliyinə namizədliyi irəli sürülə bilər.

Trend xəbər verir ki, bu haqda TurkicWorld-a Türkiyədəki diplomatik mənbələrdən bildiriblər.

Məlumatda qeyd olunub ki, Çavuşoğlunun namizədliyi üçün hər hansısa bürokratik əngəl yoxdur.

“Çavuşoğlunun TBMM-də spiker seçilməsi ilə bağlı gizli səsvermə keçiriləcək” – deyə diplomatic mənbədən bildirilib.

Məlumat üçün qeyd edək ki, Mövlud Çavuşoğlu son səkkiz ildir ki, Xarici İşlər naziri vəzifəsini icra edib.

Xatırladaq ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökuməti açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti