...

Ölkədə sərnişindaşıma sektorunda mövcud çatışmazlıqların aradan qaldırılması aktual olaraq qalır - Sevil Mikayılova

Siyasət Materials 24 İyun 2023 11:57 (UTC +04:00)
Ölkədə sərnişindaşıma sektorunda mövcud çatışmazlıqların aradan qaldırılması aktual olaraq qalır - Sevil Mikayılova

Bakı. Trend:

Sərnişindaşıma və yükdaşıma sektorunda xidmət keyfiyyətinin artırılması və bu sahədə daha təkmil tənzimləmənin həyata keçirilməsi vacidbir. Bu gün müzakirə edəcəyimiz qanun layihələri də hökümət tərəfindən bu sahədə keyfiyyət dəyişiklikləri aparmaq üçün əhəmiyyətli hüquqi baza formalaşdırır. Qanuna təklif edilən dəyişikliklərin bu sahədə mövcud problemlərin aradan qaldırılmasına imkan yaradacaq.

Trend xəbər verir ki, bunu millət vəkili Sevil Mikayılova Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Mikayılova qeyd edib ki, ölkədə sərnişindaşıma sektorunda mövcud çatışmazlıqların aradan qaldırılması, xüsusilə də ictimai nəqliyyatın fəaliyyətinin daha keyfiyyətli qurulması aktual olaraq qalır.

"Millət vəkili olaraq seçildiyim Xaçmaz rayonunda ictimai nəqliyyatla bağlı bir sıra problemlər mövcuddur. Belə ki, rayonun Xudat şəhərində ictimai nəqliyyatın olmaması və bunun sakinlərin gündəlik həyatında çətinlik yaratması barədə dəfələrlə mənə müraciət ediblər.

Qeyd edim ki, Xaçmaz rayonunun Xudat şəhəri 26,32 km² sahəni əhatə edir və bu ərazidə 20 mindən çox əhali yaşayır. Şəhərdə 5 təhsil ocağı, 9 uşaq bağçası, xəstəxana, rabitə qovşağı, folklor evi, 2 ticarət mərkəzi yerləşir. Əhalinin sayı və ərazinin böyüklüyü nəzərə alınaraq müntəzəm ictimai nəqliyyatın olması və keyfiyyətli xidmət göstərməsi çox vacibdir.

Seçicilərin qaldırdığı problem barədə müvafiq olaraq Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinə məktublar ünvanlamışıq. 2022-ci il avqustda aldığımız cavab məktubunda şəhərdaxili marşrut sisteminin yaradılmasına ehtiyac olduğu təsdiqlənmişdir. Xudat şəhərində müntəzəm şəhərdaxili marşrutun açılması və müasir tələblərə cavab verən avtonəqliyyat vasitəsinə sahib olan fiziki və hüquqi şəxsləarin həmin marşruta cəlb olunması nəzərdə tutulmuşdur. Lakin ötən müddət ərzində problem həll olunmayəb və bu məsələni növbəti dəfə Nazirliyin diqqətinə çatdırmışıq.

Nazirlikdən göndərilən cavab məktubunda sözügedən marşurut xəttinin yaradılmasına ehtiyac olduğu yenə də təsdiqlənmiş və problemin həllinin nəzərdə tutulduğu bildirilib.

Nazirlik rəsmilərinin burada iştirakını nəzərə alaraq sakinlərin çoxsaylı müraciətlərini bir daha onların diqqətinə çatdırmaq istəyirəm. Xudat şəhərində müntəzəm ictimai nəqliyyatın təşkil olunması üçün lazımi işlərin həyata keçirilməsini xahiş edirik", - deyə millət vəkili bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti