...

BQXK Laçın yolu ilə 15 xəstəni Xankəndidən Ermənistana apardı (VİDEO)

Siyasət Materials 25 İyun 2023 13:47 (UTC +04:00)
BQXK Laçın yolu ilə 15 xəstəni Xankəndidən Ermənistana apardı (VİDEO)

Bakı. Trend:

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tibbi ehtiyacları olan şəxslərin Laçın-Xankəndi yolu ilə keçərək Ermənistana təxliyəsini həyata keçirib.

Trend xəbər verir ki, “Sputnik Armenia”yanın yaydığı məlumata görə, BQXK-ya məxsus tibbi yardım maşınları Qarabağdan Laçın sərhəd buraxılış məntəqəsindən keçməklə 15 xəstəni Ermənistana aparıb. Eyni zamanda, Ermənistana müalicəyə göndərilmiş 16 nəfər bu gün BQXK-in müşayiəti ilə Xankəndiyə qaytarılacaq.

Qeyd edək ki, Ermənistan tərəfi dəfələrlə, xüsuilə də Laçın postunda Azərbaycan hərbiçisinin ağır ayaralanması ilə nəticəlnən təxribatlarından sonra rəsmi Bakının qərarı ilə keçid məntəqəsinin bağlanması ilə bağlı qərarından sonra Qarabağda yaşayan ermənilərə qarşı guya humanitar böhranın yaranması barədə saxta iddialar irəli sürürlər. Buna baxmayaraq, ərazidə baş verənlər onu göstərir ki, bəzi dairələrin iddia etdiyinin əksinə olaraq yol humanitar məqsədlər üçün bağlı deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti