...

Avropada islamofob meyllər getdikcə artır - Ceyhun Məmmədov

Siyasət Materials 6 İyul 2023 11:12 (UTC +04:00)
Avropada islamofob meyllər getdikcə artır - Ceyhun Məmmədov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Təəssüf ki, Avropada islamofob meyllər getdikcə artır. Bir sıra ölkələrdə quranın yandırılması, eləcə də müsəlmanlara qarşı dözümsüz münasibətlər geniş vüsət alır.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, həmin ölkələrin başında Fransa durur.

“Fransa davamlı olaraq bir sıra məsələlərdə Azərbaycanı günahlandırmağa çalışır. Reallıq isə odur ki, özünü demokratiyanın beşiyi sayan Fransada Əlcəzair vətəndaşlarının sümükləri muzeydə nümayiş etdirilir. Onlar hələ də bu siyasəti davam etdirir, müsəlmanlara qarşı yenə amansız hərəkətlər edir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti