...

FETÖ kimi gizli terrror təşkilatını deşifrə etmək çox çətindir - Türkiyəli professor

Siyasət Materials 31 İyul 2023 11:19 (UTC +04:00)
FETÖ kimi gizli terrror təşkilatını deşifrə etmək çox çətindir - Türkiyəli professor
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin indiyə qədər qarşılaşdığı ən əhatəli, mütəşəkkil, gizli və beynəlxalq əlaqələri olan təşkilat, şübhəsiz ki, FETÖ terror təşkilatıdır.

Bu barədə Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Prof. Dr. Mehmet Yüce deyib.

"Uzun müddət Türkiyədə təhsil və mədəniyyət sahəsinə sızan bu təşkilat zaman keçdikcə fəaliyyət sahələrini genişləndirərək iqtisadiyyat, bürokratiya və siyasət dünyasında da öz əksini tapıb. Qapalı, sərhədi keçən və lazım gəldikdə zorakılığa əl ata bilən bu təşkilatın özünəməxsus strategiyası var. Buna görə də onları aşkar etmək və ya deşifrə etmək çox çətindir. 17-25 dekabrda baş verən hadisələri,15 iyulda hərbi çevrilişi göstərmək olar. Çevriliş cəhdi də uğursuzluqla nəticələnəndə son addım olaraq arxalarına xaricdən dəstək alaraq prezident seçkilərində güclü müxalifət formalaşdıraraq hazırki iqtidarı devirməyi hədəflədilər", - deyə o bildirib.

M.Yüce əlavə edib ki, FETÖ terror təşkilatının bütün cəhdləri boşa çıxandan sonra onlara yeni məqsədə cəmləşdilər.

"Bu hərəkətliliyə qarşı həm Türkiyədə, həm də Azərbaycanda eyni vaxtda bəzi əməliyyatlar başladıldı. Məncə, son əməliyyatlar ayrı deyil, əvvəlki əməliyyatların davamı, yəni əməliyyatlar zəncirinin halqasıdır", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti