...

Fransalı senatorlar hələ də neokolonial təfəkkürdən əl çəkmək istəmir - Ceyhun Məmmədov

Siyasət Materials 8 Avqust 2023 15:16 (UTC +04:00)
Fransalı senatorlar hələ də neokolonial təfəkkürdən əl çəkmək istəmir - Ceyhun Məmmədov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransa senatorlarının ölkə prezidentinə Afrikada müstəmləkəçilik siyasətinin davam etdirilməsi istəyini ifadə edən məktub ünvanlaması hələ də Fransa siyasətçilərinin müstəmləkəçilik arzusu ilə yaşadıqlarını göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, artıq Afrika ölkələri Fransanın müstəmləkəçilik siyasəti ilə barışmır və öz etirazlarını bildirirlər.

“Burada ən önəmli məsələlərdən biri Fransa prezidenti Makronun fəaliyyəti ilə bağlıdır. Yəni bu məktub onu göstərir ki, Makronun dövründə Fransanın xarici siyasəti özünün ən tənəzzül dövrünü yaşayır. Artıq heç bir Afrika ölkəsi Makrona hörmət etmir, onunla hesablaşmır və Fransaya öz etirazını bildirir.

Çünki Fransa müstəmləkəçilik siyasəti yürüdən bir dövlətdir, uzun müddətdir ki, Afrikada yaşayan xalqların hüquqlarını tapdalayır, onların bu gün də sərvətlərini talayırlar. Bütün bunlara baxmayaraq fransız senatorlar yenə də nüfuz axtarışındadır, yenə də bu təfəkkürün sahibi olduqlarını açıq-aydın göstərirlər.

Bu bir daha göstərir ki, onlar hələ də neokolonial təfəkkürdən əl çəkmək istəmirlər, bu arzu ilə yaşayırlar, ancaq onlar anlamırlar ki, bu artıq mümkün deyil. Afrika xalqları artıq bu məsələlərə tamam fərqli yanaşırlar. Əslində Fransa bu xalqlardan üzr istəməlidir”, - deyə deputat əlavə edib.

C.Məmmədovun sözlərinə görə, bu gün Fransa Cənubi Qafqaz bölgəsində də qarşıdurma yaratmağa çalışır, amma bu təfəkkürlə, bu yanaşma ilə Fransanın bölgədə nəyəsə nail olması qeyri-mümkündür.

Qeyd edək ki, məktub 3 senator tərəfindən yazılıb – 1) Roger Karoutchi, Senat sədrinin xarici əlaqələrə məsul müavini; 2) Bruno Retailleau, Senatda “Respublikaçılar” siyasi qrupunun rəhbəri və 3) Christian Cambon, Senatın Müdafiə və Xarici Məsələlər Komissiyasının sədri.

Hazırda məktuba ümumilikdə 94 Parlament üzvü imza atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti