...

Ermənistanın ən kiçik səhvi ona baha başa gələcək - Deputat

Siyasət Materials 10 Avqust 2023 17:23 (UTC +04:00)
Ermənistanın ən kiçik səhvi ona baha başa gələcək - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün bölgəyə sülh lazımdır və həmin sülhə yaxınlaşmaq üçün, 2 dövlət arasında mövcud olan problemlərin təməlli həlli üçün Azərbaycan tərəfi öz üzərinə düşən hər şeyi edir. Amma nə yazıq ki, Ermənistan bu məsələdə adekvat davranmır.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, Ermənistan yenə köhnə ampulasındadır.

“Eyni zamanda gözləmə mövqeyindədir. Paşinyan elə zənn edir ki, zaman keçdikcə şərtlər Ermənistan üçün daha uyğun olacaq. Hərgah, elə deyil və bu düşüncə son dərəcə yanlış, səhv düşüncədir. Ermənistan da, Paşinyan da anlamalı və dərk etməlidir ki, sülhdən başqa alternativ yoxdur, sülhün varlığı mütləqdir və məlum sülh müqaviləsi əvvəl-axır imzalanacaq.

Üstəlik, bizim üçün çox vacibdir ki, prosesin gedişatında vasitəçilər səmimi davransınlar, real cəhdlər etsinlər, ədalətli olsunlar. Yəni, vasitəçilərin kimliyindən daha çox onların səmimiliyi və ədaləti daha önəmlidir”, - deyə o, qeyd edib.

Onun sözlərinə görə, sülh prosesi rahat proses deyil, zaman alan bir prosesdir. “Fəqət bütün hallarda mümkündür, vacibdir və ona görə də, Ermənistan rəhbərliyi və dövləti öz dəxlisiz, mənasız maneralarından, zaman uzatma, divident qazanma xülyasından, təxribatlarından imtina etməli, ağlını başına yığmalı, adekvat davranmalıdır ki, yekun nəticə tez əldə olunsun və bölgəyə sülh gəlsin. Əgər fərqli davransa, itirən Ermənistan tərəfi olacaq. Çünki “dəmir yumruq” yerindədir, qüvvədədir, Azərbaycan günü-gündən güclənir və Ermənistanın ən kiçik səhvi ona bütün hallarda baha başa gələcək”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti