...

Azərbaycan Ağdam-Xankəndi yolunun açılacağı təqdirdə BQXK maşınlarını Qarabağa buraxmağa hazırdır - Hikmət Hacıyev

Siyasət Materials 8 Sentyabr 2023 21:31 (UTC +04:00)
Azərbaycan Ağdam-Xankəndi yolunun açılacağı təqdirdə BQXK maşınlarını Qarabağa buraxmağa hazırdır - Hikmət Hacıyev
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin avtomobillərinin eyni vaxtda buraxılması şərti ilə Ermənistandan BQXK-nın maşınlarını Qarabağda yaşayan erməni əhali üçün buraxmağa hazırdır.

Trend xəbər verir ki bunu "Reuters"ə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Azərbaycan yolların eyni vaxtda açılması təklifinə dərhal razılıq verib", - deyə o vurğulayıb.

H.Hacıyev bildirib ki, Bakı ilə İrəvan arasında davam edən sülh danışıqlarını stimullaşdırmaq üçün Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları eyni vaxtda açıla bilər.

Xatırladaq ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli insanların ehtiyaclarını ödəmək üçün ərzaq məhsullarının çatdırılmasını təşkil edib.

Artıq 11 gündür ki, Bakıdan göndərilən ərzaq yükü karvanı Ağdam-Xankəndi yolunda gözləyir. Rusiya sülhməramlılarının postunun qarşısında 40 ton un olan iki yük maşını gözləyir. Rusiya sülhməramlılarının postunun qarşısında 40 ton un olan iki yük maşını gözləyir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllüləri ərazidə qurulmuş çadırlarda gecələyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti