...

Qarabağda yaşayan erməni əhalini dialoqa dəvət edirdik - Hikmət Hacıyev

Siyasət Materials 20 Sentyabr 2023 17:22 (UTC +04:00)
Qarabağda yaşayan erməni əhalini dialoqa dəvət edirdik - Hikmət Hacıyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Artıq 2023-cü ildən etibarən Qarabağda yaşayan erməni əhalini dialoqa dəvət edirdik.

Trend xəbər verir ki, bu barədə Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici işlər nazirliyində keçirilən brifinqdə deyib.

“Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri idi. Azərbaycan heç bir halda mülki əhaliyə və obyektə zərər yetirmədi”,- deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Bu gün isə qeyri-qanuni erməni silahlı dəstələri təslim olub. Şərtlərə əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti