...

Azərbaycan Rumıniyanın Cənubi Qafqazda birinci ticarət tərəfdaşıdır - Baş nazir

Siyasət Materials 11 Oktyabr 2023 10:54 (UTC +04:00)
Azərbaycan Rumıniyanın Cənubi Qafqazda birinci ticarət tərəfdaşıdır - Baş nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Rumıniyanın Cənubi Qafqazda birinci ticarət tərəfdaşıdır.

Trend-in məlumatına görə, bunu Rumıniyanın Baş naziri İon-Marçel Çolaku bu ölkədə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyin.

O, Azərbaycanla Ruminiya arasında strateji münasibətlərin uğurla inkişaf etdiyini qeyd edərək, Azərbaycan və Rumıniyanın sadəcə tərəfdaş deyil, həm də dost ölkələr olduğunu vurğulayıb.

Baş nazirin sözlərinə görə, Azərbaycanın dövlət müstəqilliyini Türkiyədən sonra dünyada ikinci tanıyan ölkə Rumıniyadır. Həmçinin, Rumıniya Azərbaycanla strateji tərəfdaşlığa dair saziş imzalayan ilk Avropa İttifaqı ölkəsidir. İon-Marçel Çolaku ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün daha böyük potensial olduğunu qeyd edib.

Daha sonra Baş nazir Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu barədə danışıb. O, avropalı həmkarları ilə də Cənub Qaz dəhlizini müzakirə etdiyini xatırladaraq, deyib ki, nəqliyyat sahəsində də Azərbaycan mühüm rola malikdir. Onun sözlərinə görə, Qara dəniz və Xəzər dənizi arasında nəqliyyat bağlantısının gücləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. Yaşıl enerji layihələrinin vacibliyi barədə fikirlərini ifadə edən İon-Marçel Çolaku deyib ki, Avropanın hazırda yaşıl enerjiyə ciddi ehtiyacı var və Azərbaycandan yaşıl enerjinin ixracı məsələsi əhəmiyyətlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti