...

TDT Müstəqilliyin Bərpası Günü ilə bağlı Azərbaycanı təbrik etdi (FOTO)

Siyasət Materials 18 Oktyabr 2023 09:38 (UTC +04:00)
TDT Müstəqilliyin Bərpası Günü ilə bağlı Azərbaycanı təbrik etdi (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.

Trend xəbər verir ki, təşkilat bu barədə “X” sosial şəbəkə hesabında məlumat yayıb.

“Üzv dövlətimiz Azərbaycanın müstəqilliyinin bərpasının 32-ci ildönümü münasibətilə qardaş Azərbaycan hökumətinə və xalqına ürəkdən təbriklərimizi çatdırırıq”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 32-ci ili tamam olur.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti