...

Azərbaycanın əldə etdiyi nailiyyətləri alqışlayırıq - Britaniya səfiri

Siyasət Materials 18 Oktyabr 2023 10:11 (UTC +04:00)
Azərbaycanın əldə etdiyi nailiyyətləri alqışlayırıq - Britaniya səfiri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.

Trend xəbər verir ki, bu barədə səfir sosial media hesabında qeyd edib.

"Müstəqilliyin Bərpası Günün mübarək, Azərbaycan! Bu əlamətdar gündə biz Azərbaycan xalqının möhkəmliyini və əldə etdiyi nailiyyətləri alqışlayırıq. Gəlin, daha parlaq və dinc gələcək üçün tərəfdaşlığımızı daha da gücləndirək", - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 32-ci ili tamam olur.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti