...

Türkiyə XİN Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

Siyasət Materials 18 Oktyabr 2023 14:06 (UTC +04:00)
Türkiyə XİN Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Xarici İşləri Nazirliyi 8 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.

Trend xəbər verir ki, nazirlik bu barədə “X” sosial şəbəkə hesabında qeyd edib.

“Müstəqilliyinin bərpasının 32-ci ildönümündə Can Azərbaycanı təbrik edirik!”, – paylaşımda bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 32-ci ili tamam olur.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti