...

SPECA-nın Zirvə görüşü: Azərbaycanın beynəlxalq aləmə yeni töhfəsi (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 25 Noyabr 2023 17:07 (UTC +04:00)
SPECA-nın Zirvə görüşü: Azərbaycanın beynəlxalq aləmə yeni töhfəsi (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Azərbaycanın da BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün nəzərdə tutulan xüsusi proqramında yer alması, təsadüfi deyil. Çünki yol, açıq dənizlərə çıxış Mərkəzi Asiya ölkələrinin sabit iqtisadiyyata malik olmaları üçün həyati əhəmiyyətə malikdir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu gün Azərbaycan beynəlxalq təşəbbüslərə dəstək verən bir ölkə kimi müxtəlif qlobal məsələlərə həsr edilmiş konfransların, forumların keçirildiyi bir məkana çevrilib.

“Bu da Azərbaycanın inkişafının, dünyada Azərbaycana artan inamın, etimadın göstəricisidir. Bu Zirvə görüşünün də Azərbaycanda keçirilməsi eyni zamanda ölkəmizin Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin güclənməsinə öz töhfəsini verəcək”, - deyə deputat əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti