...

Qərb idarəolunan "demokratiya" modelindən geniş istifadə edir

Siyasət Materials 25 Dekabr 2023 17:24 (UTC +04:00)
Qərb idarəolunan "demokratiya" modelindən geniş istifadə edir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qərb idarəolunan demokratiya modelindən geniş istifadə edir. İndi də bu modeli müxtəlif ölkələrdə tətbiq etmək istəyirlər.

Bu barədə Trend-in suallarını cavablayarkən politoloq İlqar Vəlizadə deyib.

"İdarə edilən demokratiya nədir? Hər hansı bir ölkədə hakimiyyət müəyyən edildikdə Qərb ölkələri çalışır ki, bu hökümətlə əlaqə yaratsın, nüfuz etsin, o da öz növbəsində onların dəstixəttini yürütsün.

Məsələn, Ermənistana baxaq. Orada insan hüquqlarının pozulması ilə bağlı külli miqdarda insidentlər baş verir. Bəzi hallarda siyasi baxışlarına görə insanlar təqib edilir. Amma Qərb buna o qədər də reaksiya vermir. Çünki Ermənistan baş naziri Nikol Paşinyan Qərbyönümlü siyasət aparır. Ona görə də bu cür nöqsanları bağışlanır. Əgər Paşinyan geosiyasi cızığdan çıxsa, ona hər şeyi xatırladacaqlar.

Serbiyada baş verənlərdə onu göstərir ki, baxmayaraq, A. Vuçiçin təmsil etdiyi partiya açıq mübarizədə qalib gəlib, amma onun hakimiyyətini anti-demokratik adlandırırlar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə seçkilərdə qalib gəlib. Baxmayaraq ki, həmin seçkilər çox gərgin keçirdi. Lakin Qərb dövlətləri bu seçkilərin demokratikliyinə şübhəylə yanaşırdı. Bütün bu demokratik yolla seçilən hakimiyyətlər, özünəməxsus siyasət aparan ldierlər qəbul olunmur. Gərək, idarəolunan liderlər olsun ki, onların tapşırıqlarını yerinə yetirsin.Təəsüflər olsun ki, bu cür yanaşma çox tənqidlə qarşılanır. Müxətlif cəmiyyətlər görürlər ki, demokratiya adı altında başqa ölkələrinin maraqları onlara sırınır. Digər ölkələrin sözlərinə qulaq asanlar proksi ölkələrə çevrilirlər", - deyə İ.Vəlizadə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti