Bakı. Trend:
Rəsmi Paris Azərbaycana qarşı beynəlxalq hüququn bütün norma və prinsiplərini pozaraq qərəzli, ədalətsiz münasibət göstərib.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, belə təbliğat, təxribat xarakterli addımlar Fransa tərəfindən bu gün də davam etdirilir.
"Zaman keçdikcə Azərbaycanın səyləri nəticəsində Fransanın iç üzü təkcə Azərbaycan üçün deyil, bütüb beynəlxalq ictimaiyyət üçün açılıb. Son dövrlərdə Fransanın öz diplomatlarından kəşfiyyatçı kimi istifadə etməsi barədə məlumatların yayılması və bu faktların xüsusilə də beynəlxalq media resurslarında yer alması nəticə etibarilə rəsmi Parisin son illər ərzində özünün geosiyasi iddialarını gerçəkləşdirməsi üçün əl atdığı bütün istiqamətləri ortaya qoyur. Bu Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Fransa faktiki olaraq bütün dünyada öz nüfuzunu itirməkdədir", - deyə o, vurğulayıb.
Qeyd edək ki, bu gün Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.
Bildirilib ki, Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.
Geniş videomüsahibəni təqdim edirik: