...

Daha 8 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsi TƏSDİQLƏNİB

Siyasət Materials 26 Dekabr 2023 16:22 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyası (MSK) daha 8 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında verilib.

Belə ki, iclasda namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsi müzakirı edilib. Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb.

Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Daha sonra MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.

Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti