...

ABŞ-nin qərəzli din siyasəti: millətçi erməni Dövlət Departamentinə necə təsir edir? (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 7 Yanvar 2024 20:31 (UTC +04:00)
ABŞ-nin qərəzli din siyasəti: millətçi erməni Dövlət Departamentinə necə təsir edir? (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda hər zaman dövlət-din münasibətlərinə böyük önəm verilib, bütün dinlərin nümayəndələri üçün bərabər şərait yaradılıb. Eyni zamanda ölkəmiz bütün dini icmalara maliyyə yardımı ayırır. Ölkəmiz dünyada tolerant ölkə kimi də tanınır. Lakin təəssüflər olsun ki, ABŞ Dövlət Departamenti Azərbaycanda dini vəziyyətlə bağlı qərəzli hesabat yayıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elşad Həsənov bildirib ki, ABŞ Dövlət Departamentinin hesabatı birtərəflidir və həqiqəti əks etdirmir.

“Bu, bir faktdır ki, Azərbaycan tolerant ölkədir, bütün dinlərə bərabər hüquq verilib və bütün dinlərin nümayəndələri tam azad şəkildə öz dini etiqadlarını icra edirlər. Bu hesabatı erməni millətçisi, ABŞ-nin erməni milli assambleyasının rəhbərlərindən biri Daniela Aşbaxyan hazırlayıb. O, Livan ermənisidir və Azərbaycana qarşı belə bir qərəzli hesabatın hazırlanmasına rəhbərlik edib. Yəni bu hesabat reallıqdan çox uzaqdır”, - deyə o, əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti