...

Avropa ölkələrinin təcrübələri fayda vermir - Çexiyanın sabiq baş naziri

Siyasət Materials 16 Mart 2024 11:21 (UTC +04:00)
Avropa ölkələrinin təcrübələri fayda vermir - Çexiyanın sabiq baş naziri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Artıq Avropa ölkələrinin təcrübələri fayda vermir.

Trend xəbər verir ki, bu barədə Çexiyanın sabiq baş naziri Yan Fişer XI Qlobal Bakı Forumunda “Regional perspektivlər: Avropa Birliyi və qonşuları” adlı panel iclasında çıxışı zamanı deyib.

“Avropada təhlükələr o qədər çoxdur ki, müəyyən etməkdə çətinlik çəkirik. Bu yalnızca insanların problemləri deyil. Siyasətçilər buna cavabdeh olmalıdır.

Biz bilmirik nə etməliyik, haraya getməliyik. Heç nə ötən əsrdə olduğu kimi deyil. Bizə yol xəritəsi lazımdır”,- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti