...

Dünyada inkişaf çox zəifdir - Volter Fust

Siyasət Materials 16 Mart 2024 11:51 (UTC +04:00)
Dünyada inkişaf çox zəifdir - Volter Fust
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada inkişaf çox zəifdir.

Trend xəbər verir ki, bu barədə UNESCO-nun kommunikasiyanın inkişafı üzrə Hökumətlərarası Şurasının sabiq sədri Volter Fust XI Qlobal Bakı Forumunda “Regional perspektivlər: Avropa Birliyi və qonşuları” adlı panel iclasında çıxışı zamanı deyib.

“Biz qərar verməliyik təhlükəsizlik önəmlidir, yoxsa inkişaf. Risklərin idarəedilməsi məsələ kimi gündəmdədir. Onu anlasalar da, lakin idarə edə bilmirlər”,- deyə o bildirib

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti