...

Fransanın qərəzli mövqeyi: Ermənistan uçurumun bir addımlığında (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 3 Aprel 2024 20:40 (UTC +04:00)
Fransanın qərəzli mövqeyi: Ermənistan uçurumun bir addımlığında (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 2-də Fransa XİN rəhbəri ABŞ Dövlət katibi ilə mətbuat konfransında Azərbaycanla bağlı əsassız iddialar səsləndirib. Bu iddialar Fransanın ölkəmizə qarşı qərəzliliyini, bütün imkanlardan istifadə edərək, Azərbaycanı hədəfə gətirmək niyyətini, ümumilikdə Cənubi Qafqazda kövrək sülhü pozmağı və regionu yeni münaqişə ocağına çevirmək istəyini nümayiş etdirir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, bu, Fransanın Azərbaycana qarşı düşmənçilik mövqeyidir.

“Fransa uzun illərdir ki, bu düşmənçilik meyillərini davam etdirir və Azərbaycan haqqında şantaj xarakterli bəyanatlar səsləndirir. Fransa sözdə özünü demokratik, insan hüquqlarını qoruyan, sülhə xidmət edən bir ölkə kimi göstərmək istəyir, ancaq həqiqətdə belə deyil.

Uzun müddət Fransa 50-dən çox ölkəni öz müstəmləkəsində saxlayıb, milyonlarla insanın qətlinə səbəb olub, öz mənafeyi naminə soyqırımları törədib. Bu gün də Fransa həmin yoldadır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti