...

Ermənistana dəstək verən ölkələrin Azərbaycanı hədəf almadıqlarını bildirməsinə inanmırıq - Çavuşoğlu

Siyasət Materials 4 Aprel 2024 11:58 (UTC +04:00)
Ermənistana dəstək verən ölkələrin Azərbaycanı hədəf almadıqlarını bildirməsinə inanmırıq - Çavuşoğlu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Şuşa Bəyannaməsi ilə bərabər Azərbaycan və Türkiyə münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldi.

Trend xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

"Bu bəyannamə çərçivəsində Türkiyə Azərbaycanın nəyə ehtiyacı olarsa, o mövzuda yanında olacaq. Ermənistana dəstək verən ölkələrin Azərbaycanı hədəf almadıqlarını bildirməsinə inanmırıq. Təbii ki, regiona iqtisadi dəstək verə bilərlər. Amma xüsusilə silah mövzusunda verdikləri dəstəyin Ermənistana, regiona faydası olmaz. Bunu daha əvvəl yoxladılar və faydası olmadığını gördülər", - deyə o bildirib.

Qeyd edək ki, Türkiyə parlamentinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Azərbaycana səfər edib. Səfər çəriçəvisindəbir sıra ikili görüşlərin keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti