...

Blinkenin zəngi nədən xəbər verir? - Azərbaycanla artıq hesablaşılır (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 4 Aprel 2024 20:18 (UTC +04:00)
Blinkenin zəngi nədən xəbər verir? - Azərbaycanla artıq hesablaşılır (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinkenin zəngi və vəziyyəti izah etməyə çalışması birbaşa Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir. Eyni zamanda, bu həqiqətin ifadəsidir ki, Azərbaycan Cənubi Qafqazda əsas gücdür və həmin gücü hətta bizi sevməyənlər belə qəbul edir.

Məsələ bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu zəng Prezident İlham Əliyevin güclü bir lider kimi Qərb dövlətləri tərəfindən, ABŞ tərəfindən qəbul edildiyini göstərir.

“Eyni zamanda, bu zəng bir hesabat xarakteri daşıyır. ABŞ kimi böyük bir dövlət Azərbaycanın mövqeyini nəzərə alır və Azərbaycan Prezidentinə zəng edərək, ABŞ-Aİ-Ermənistan görüşü ilə bağlı məlumat verir.

Əlbəttə, bu görüşə qədər Azərbaycan müxtəlif kanallar vasitəsilə dəfələrlə bu görüşün bu formada keçirilməsinin düzgün olmadığını bildirmişdi”, - deyə C.Məmmədov əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti