...

ABŞ və Azərbaycan enerji sahəsində sıx əməkdaşlıq edir - Samir Şərifov

Siyasət Materials 28 İyun 2024 20:04 (UTC +04:00)
ABŞ və Azərbaycan enerji sahəsində sıx əməkdaşlıq edir - Samir Şərifov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və Azərbaycan enerji sahəsində sıx əməkdaşlıq edir.

Trend xəbər verir ki, bunu bu gün maliyyə naziri Samir Şərifov ABŞ-nin Müstəqillik Bəyannaməsinin imzalanmasının 248-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

"ABŞ prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda iki ölkə arasında enerji sektorunda, eləcə də terrorizmlə mübarizədə strateji tərəfdaşlığı xüsusi vurğulayıb. Eyni zamanda o, ABŞ-nin qlobal və regional əməkdaşlığı genişləndirməyə və COP29-a uğurla ev sahibliyi etməkdə Azərbaycana dəstək verməyə hazır olduğunu vurğulayıb. Bütün bunlar münasibətlərin möhkəm təməlini göstərir və qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəyə qalxmasına səbəb olub. Bu inkişaf edən əlaqələr artan ticarətə güclü təkan verməlidir", - o əlavə edib.

(Tərcümə: Gülnarə Kərimova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti