...

Türkiyə ŞƏT-ə tamhüquqlu üzv olmaq niyyətindədir

Siyasət Materials 12 İyul 2024 04:49 (UTC +04:00)
Türkiyə ŞƏT-ə tamhüquqlu üzv olmaq niyyətindədir

Bakı. Trend:

Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olmaq niyyətindədir.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“Hazırda ŞƏT-də müşahidəçi olan Türkiyənin məqsədi təşkilata tamhüquqlu üzv olmaqdır”, - deyə Ərdoğan bildirib.

Xəbər lenti

Xəbər lenti