Bakı. Trend:
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bu gün Pakistan Baş nazirinin müavini, xarici işlər naziri, senator Məhəmməd İshaq Dara ilə görüşüb.
Trend-in məlumatına görə, bu barədə Pakistan XİN məlumat yayıb.
Nazir müavini Məmmədov XİN başçısına bu gün keçirilən ikitərəfli siyasi məsləhətləşmələrin 4-cü raundu çərçivəsində apardığı müzakirələr barədə məlumat verib.
Məhəmməd İshaq Dara Pakistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib.